“Real Madrid”in prezidenti debatdan imtina edir

26 May 2026 13:02
158
“Real Madrid”in prezidenti debatdan imtina edir

İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti Florentino Peres prezident seçkisində rəqibi Enrike Rikelme ilə açıq debatlarda iştirak etməyi planlaşdırmır.

İdman.Biz xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb. Peres belə debatlarda özünün qazanacağı heç nə olmadığını düşünür.

Bildirilir ki, “Real Madrid” rəhbəri Rikelme ilə üz-üzə müzakirənin yalnız rəqibinə əlavə legitimlik qazandıracağı qənaətindədir.

Rikelme daha əvvəl Peresi debatlara çağırıb və klub üzvlərinin səsvermədən əvvəl hər iki layihəni müqayisə etməli olduğunu bildirib. O, “Real Madrid” prezidentliyinə namizədliyini rəsmən irəli sürən əsas rəqiblərdən biridir.

Qeyd edək ki, Peres mayın 12-də klubda növbədənkənar seçki prosesinə start verib. Rikelme isə 20 ildən sonra “Real Madrid”də Peresə ciddi rəqib olan ilk namizəd kimi göstərilir.

İdman.Biz