Əfran İsmayılova “Şəfa” futbol klubunda yeni vəzifə verildi

26 May 2026 11:32
179
Əfran İsmayılova “Şəfa” futbol klubunda yeni vəzifə verildi

Azərbaycan futbol millisinin sabiq üzvü Əfran İsmayılov “Şəfa” FK-də vitse-prezident vəzifəsinə təyin edilib.

İdman.Biz xəbər verir ki, peşəkar futbolçu karyerası ərzində ölkə futbolunda önəmli iz qoyan İsmayılov bundan sonra fəaliyyətini idarəçi kimi davam etdirəcək.

Qeyd edək ki, İsmayılov bundan əvvəl “Araz-Naxçıvan”ın məşqçilər korpusunda çalışıb. O, son üç mövsümdə Naxçıvan təmsilçisində məşqçi kimi fəaliyyət göstərib və 25 mayda klubdan ayrılıb.

Sabiq yarımmüdafiəçi futbolçu karyerasını isə 2023-cü ildə, son olaraq “Kəpəz”də çıxış etdikdən sonra başa vurub.

İdman.Biz