“Neftçi”nin və U-21 millisinin futbolçusu Murad Məmmədov Kiprin “Pafos” klubuna keçib.
İdman.Biz Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümündən əsas komandanın şərəfini qoruyan 20 yaşlı futbolçu bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub.
O, U-21 millisinin heyətində 10 matçda 1 qola imza atıb.
Qeyd edək ki, “Pafos” ötən mövsüm Çempionlar Liqasının ümumi mərhələsində yaxşı çıxış edib. Kipr klubu 9 xal toplayaraq 26-cı yeri tutub və pley-offa vəsiqə verən ilk 24-lükdən çox da uzaqda qalmayıb. Bu, “Pafos” üçün əsas turnirin əsas mərhələsində ilk iştirak idi. Komandanın ən yaddaqalan nəticəsi isə evdə İspaniyanın “Vilyarreal” klubuna qarşı 1:0 hesablı qələbə olub.
