Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” “Sabah” ilə üz-üzə

31 Avqust 2026 09:43
128
Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” “Sabah” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının üçüncü turunun oyunu “Araz-Naxçıvan” “Sabah” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 18:00-da start götürəcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.

“Araz-Naxçıvan” bir xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. Üç xala malik “Sabah” isə altıncıdır.

Misli Premyer Liqası
Birinci dövrə, Üçüncü tur
31 avqust (bazar ertəsi)

18:00. “Araz-Naxçıvan” - “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında “İmişli” “Şəfa”nı (1:0), “Kəpəz” “Turan Tovuz”u (1:0), “Zirə” “Neftçi”ni (1:0) məğlub edib. “Qəbələ” - “Şamaxı” görüşü isə qolsuz yekunlaşıb.

İdman.Biz