Beş cüdoçumuz “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

29 Avqust 2026 09:33
106
Beş cüdoçumuz “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 5 cüdoçusu üç çəki dərəcəsində tatamiyə çıxacaq.

70 kq çəki dərəcəsində Südabə Ağayeva 1/16 finalda braziliyalı Luana Karvalyo ilə qarşılaşacaq.

73 kq-da Kamran Süleymanov 1/32 finalda portuqaliyalı Otari Kvantidze ilə üz-üzə gələcək. Eyni çəkidə Rəşid Məmmədəliyeva 1/16 finalda Ohad Morits (İsrail) / Karim Abdulayev (BƏƏ) cütünün qalibi rəqib olacaq.

81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə 1/32 finalda Qacidavud Qasanov (Bəhreyn) ilə, Ömər Rəcəbli isə 1/16 finalda Adilet Almat (Qazaxıstan) / Vinçentso Pelliqra (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Təsnifat mərhələsi saat 10:30-da, final bloku isə 19:00-da başlayacaq.

Qeyd edək ki, turnirin ilk günündə mübarizə aparan Azərbaycan cüdoçuları Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Turan Bayramov (hər ikisi 66 kq), həmçinin Leyla Əliyeva (50 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyiblər.

Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. “Böyük Dəbilqə” avqustun 30-da başa çatacaq.

İdman.Biz
Məqalədə: