Misli Premyer Liqasında mövsümün üçüncü turunda bu gün keçirilən “Şəfa” - “İmişli” matçı başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın 55-ci dəqiqəsində qonaqların futbolçusu Seyxan Fərəcov hesabı açaraq “İmişli” komandasına qələbə qazandırıb.
Bu matçdan sonra “İmişli” 4 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Şəfa”nın isə 3 xalı var və komanda 7-ci yerdədir.
21:30
“Şəfa” - “İmişli” oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, qonaqların futbolçusu Seyxan Fərəcov 55-ci dəqiqədə fərqlənərək İmişli təmsilçisini 1:0 hesabı ilə önə çıxarıb.
Qeyd edək ki, bu, Seyxan Fərəcovun Premyer Liqada ilk qoludur.
21:19
“Şəfa” - “İmişli” oyununda ikinci hissə başlayıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb.
21:04
“Şəfa” - “İmişli” oyununda birinci hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.
20:15
Misli Premyer Liqasının üçüncü turunda “Şəfa” bu gün “İmişli”ni qəbul edir.
İdman.Biz xəbər verir ki, qarşılaşma “SOCAR Polymer Arena”da keçirilir.
19:33
Misli Premyer Liqasında mövsümün üçüncü turunda bu gün keçiriləcək “Şəfa” - “İmişli” matçı üçün heyətlər açıqlanıb.
İdman.Biz xəbər verir ki, komandalar saat 20:15-də başlayacaq matça aşağıdakı heyətdə çıxacaqlar:
“Şəfa”: 1. Nicat Mehbalıyev 28. Murad Musayev (k) 55. Rauf Hüseynli 6. Fərid Yusifli 10. Dilan Mertens 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe 34. Kristofer Mamenqi
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 42. Elnur Cəfərov 21. İsmayıl Zülfüqarlı 83. Nihad Quliyev 23. Nahid Əliyev 39. Eltun Babazadə 8. Vlad Pop 22. Umar Diav 7. Treyvon Fuller
“İmişli”: 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 17. Seyxan Fərəcov 11. Vüsal Qənbərov 29. Edvin Banquera 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 88. Ayxan Abbaszadə 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 6. Yau Mozes 80. Deko 8. Xuan Hernandes 42. Sebai Senin
08:49
“Şəfa” bu gün Misli Premyer Liqasının üçüncü turunda “İmişli”ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək və saat 20:15-də başlayacaq.
Görüşün baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətt hakimləri Asiman Əzizli və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.
Matçın VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Kərim Zeynalov olacaq. Hakim-inspektor vəzifəsi Ceyhun Haşımova həvalə edilib. AFFA nümayəndəsi Anar Şıxəliyev olacaq.
