Bu gün futbol üzrə Misli Premyer Liqasının üçüncü turu çərçivəsində ikinci qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək.
Oyun saat 20:15-də başlayacaq.
Misli Premyer Liqası
Birinci dövrə, Üçüncü tur
31 avqust (bazar ertəsi)
20:15. “Sumqayıt” - “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“SOCAR Polymer Arena”
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında “İmişli” “Şəfa”nı (1:0), “Kəpəz” “Turan Tovuz”u (1:0), “Zirə” “Neftçi”ni (1:0) məğlub edib. “Qəbələ” - “Şamaxı” görüşü isə qolsuz yekunlaşıb.
