Harri Keyn Bundesliqada yeni rekorda imza atdı

7 Noyabr 2026 22:29
48
Harri Keyn Bundesliqada yeni rekorda imza atdı

“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında məhsuldar ötürmələrin sayına görə yeni rekorda imza atıb.

İdman.Biz “Opta”ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu cari mövsümün ilk doqquz turunda səkkiz məhsuldar ötürmə edib. 2004/2005 mövsümündən etibarən ətraflı statistikanın aparıldığı Bundesliqada heç bir futbolçu ilk doqquz qarşılaşmada bu qədər assistlə yadda qalmayıb.

Bununla da 33 yaşlı hücumçu əvvəlki iki mövsümdəki şəxsi göstəricisini artıq indidən təkrarlayıb. Keyn həm 2023/2024, həm də 2024/2025 mövsümündə Bundesliqada ümumilikdə səkkiz məhsuldar ötürmə vermişdi.

2023-cü ildə İngiltərənin “Tottenhem” klubundan “Bavariya”ya transfer olunan futbolçu Almaniyada yalnız qolları ilə deyil, komanda yoldaşlarına yaratdığı qol imkanları ilə də fərqlənməyə davam edir.

İdman.Biz