“Aston Villa” - “Arsenal”, “Barselona”nın oyunu və Türkiyədə futbol axşamı - ANONS

31 Avqust 2026 09:28
94
“Aston Villa” - “Arsenal”, “Barselona”nın oyunu və Türkiyədə futbol axşamı - ANONS

Bu gün, avqustun 31-də Avropa futbolunda milli çempionatlar çərçivəsində bir sıra diqqətçəkən oyunlar keçiriləcək.

İngiltərədə günün əsas hadisəsi “Aston Villa” və “Arsenal” arasındakı qarşılaşma olacaq. İspaniyada “Barselona” “Rayo Valyekano”nu qəbul edəcək, “Osasuna” isə “Xetafe” ilə qarşılaşacaq.

İtaliyada A Seriyasının iki oyunu baş tutacaq. “Roma” səfərdə “Leççe”nin qonağı olacaq, “Atalanta” isə “Bolonya”nı qəbul edəcək. Bundesliqada və Liqa 1-də bu gün oyun nəzərdə tutulmayıb.

Türkiyə Superliqası da xüsusi maraq doğurur. “Trabzonspor” səfərdə “Amed”lə qarşılaşacaq. Komandalar çempionat tarixində ilk dəfə bir-biri ilə üz-üzə gələcəklər. “Beşiktaş” isə doğma meydanda “Çorum”u qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Portuqaliyada “Benfika” “Eştoril”lə, “Braqa” isə prinsipial qarşılaşmada “Vitoriya Gimaraeş”lə üz-üzə gələcək.

Günün ən diqqətçəkən oyunlarının təqvimi:

İngiltərə. Premyer Liqa

23:00. “Aston Villa” – “Arsenal”

İspaniya. La Liqa

21:30. “Osasuna” – “Xetafe”
23:30. “Barselona” – “Rayo Valyekano”

İtaliya. A Seriyası

20:30. “Leççe” – “Roma”
22:45. “Atalanta” – “Bolonya”

Türkiyə. Superliqası

22:30. “Amed” – “Trabzonspor”
22:30. “Beşiktaş” – “Çorum”

Portuqaliya. Primeyra Liqa

23:15. “Benfika” – “Eştoril”
23:15. “Braqa” – “Vitoriya Gimaraeş”

Həmçinin bu gün İsrail çempionatında ölkənin əsas derbilərindən biri keçiriləcək – Tel-Əviv “Makkabi”si Hayfa “Makkabi”sini qəbul edəcək.

Qeyd: Bütün oyunların vaxtı Bakı vaxtı ilə göstərilib.

İdman.Biz