“Neftçi SOCAR” Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi - YENİLƏNİB

29 Avqust 2026 15:39
1 328
“Neftçi SOCAR” Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi - YENİLƏNİB

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində 1/4 finala yüksəlib.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunun ikinci oyununda yerli “Takasaki” klubuna uduzsa da (13:14) növbəti raunda vəsiqə qazanıb.

“Ağ-qaralar” birinci qarşılaşmada Yaponiya millisini məğlub edib - 15:14.

“Neftçi” 1/4 finalda Tailand yığması ilə üz-üzə gələcək.

10:39

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsinə qələbə ilə start verib.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk matçında Yaponiya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb - 15:14.

Qeyd edək ki, təmsilçimiz qrupda ikinci oyununu Yaponiyanın “Takasaki” klubuna qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:10-da baş tutacaq.

00:50

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası bu gün FIBA 3x3 Qadınlar Seriyasının Yaponiyanın Takasaki şəhərində keçirilən son mərhələsində mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, Şanxayda keçiriləcək final mərhələsinə vəsiqəni təmin edən Bakı təmsilçisi ilk oyununu saat 09:50-də Yaponiya komandasına qarşı keçirəcək.

“Neftçi SOCAR” günün ikinci qarşılaşmasında isə saat 14:10-da Takasaki komandası ilə üz-üzə gələcək.

İdman.Biz