Azərbaycan Premyer Liqası: “Zirə” “Neftçi”ni bir qolla məğlub etdi - YENİLƏNİB + VİDEO

30 Avqust 2026 22:12
1 300
Azərbaycan Premyer Liqası:  “Zirə” “Neftçi”ni bir qolla məğlub etdi - YENİLƏNİB + VİDEO

Misli Premyer Liqasında üçüncü turu çərçivəsində keçirilən “Zirə” - “Neftçi” oyunu başa çatdı.

İdman.Biz xəbər verir ki, bərabər səviyyədə keçən oyunun taleyini bir qol həll edib.

Birinci hissənin uzatma dəqiqələrində "Zirə"nin kapitanı Qismət Alıyev komandasının qələbə qolunu vurub.

70-ci dəqiqədə Elvin Bədəlov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq "Neftçi"ni azlıqda qoyub.

Bu, nəticə "Zirə"nin cari çempionatda üçüncü qələbəsi, "Nefçi"nin isə ilk məğlubiyyətidir.

21:21

Misli Premyer Liqasında üçüncü turu çərçivəsində keçirilən “Zirə” - “Neftçi” oyununda ikinci hissə başladı.

İdman.Biz xəbər verir ki, birinci hissənin uzatma dəqiqələrində "Zirə"nin kapitanı Qismət Alıyev komandasını hesabda önə çıxarıb - 1:0.

21:04

"Zirə"nin kapitanı Qismət Alıyev birinci hissəyə artırılmış son dəqiqədə - 45+3-də hesabı açır - 1:0.

20:15

Misli Premyer Liqasında üçüncü turu çərçivəsində “Zirə” - “Neftçi” oyunu başladı.

19:48

Bu gün Misli Premyer Liqasında 3-cü turu çərçivəsində “Zirə” və “Neftçi” klubları üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, artıq hər iki komandanın start heyəti bəlli olub:

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 2. Amin Seydiyev, 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov, 21. Rikardo Martins, 17. Vierinya, 5. Ange Mutsinzi, 7. Eren Aydın.

Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 41. Anar Nəzirov, 6. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 10. Giorgi Papunaşvili, 20. İssa Cibrila, 27. Bayere Lue, 29. Kris Diqbeu.

Neftçi: 1. Emil Balayev (k), 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 3. Rüfət Abbasov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 10. Freddi Varqas, 20. Qustavo Klisman.

Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 81. Mehdi Həsənov, 8. Emin Mahmudov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 24. Mustafa Sek, 97. Bassala Sambu, 55. Endryu Qravilyon, 11. Alen Şkribek, 27. Draqolyub Saviç.

08:34

“Zirə” Misli Premyer Liqasının üçüncü turunda bu gün “Neftçi”ni doğma meydanda qəbul edəcək.

İdman.Biz xəbər verir ki, hər iki komanda çempionatın ilk iki turunda iki qələbə qazanaraq 6 xal toplayıb. Bu baxımdan qarşılaşma turun maraqla gözlənilən oyunlarından biridir.

Matç saat 20:15-də Zirə İK stadionunda keçiriləcək.

Oyunu Elçin Məsiyev idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Əliyar Ağayev, AVAR hakimi Zeynal Zeynalov olacaq. Hakim-inspektor Şahin Cəfərov, AFFA nümayəndəsi isə Zaur Hacı-Məhərrəmov təyin edilib.

İdman.Biz