Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram” - MÜSAHİBƏ

30 Oktyabr 2026 14:27
88
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram” - MÜSAHİBƏ

“Mənə görə, biz həmin oyunda qələbəyə layiq idik”.

Bunu “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Uzun müddət yaşıl meydanlardan kənarda qaldıqdan sonra yenidən zədələndiniz. Özünüzü hazırda necə hiss edirsiniz?

- Hər şey yaxşıdır. “Şəfa” ilə görüşdə zədələnmişdim. Toqquşmada beyin sümüyündən aşağı hissəsindən xəsarət almışdım. Ağır zədə olmadı, bir neçə gün dincəldikdən sonra özümə gəldim. Hazırda hər şey yaxşıdır.

- Ümumiyyətlə, ağır zədədən sonra psixoloji cəhətdən oynamaq çətin olmur?

- Xeyr, heç bir qorxum yoxdur. Təəssüf ki, o zədədən sonra çox vaxt itirdim. Amma mübarizələr zamanı da hansısa qorxum yoxdur. Həqiqətəndə ağır zədə almışdım. Amma geri qayıtdım. Futbol üçün çox darıxmışdım. Hansısa qorxum yoxdur.

- Həmin zədə zamanı ikili mübarizə apardığınız Pavol Şafranko sizlə əlaqə saxlayır?

- Xeyr, biz onunla indi danışmırıq. Həmin ağır zədədə onun günahı yox idi, sadəcə oyun epizodu idi. Təəssüf ki, zədədən sonrakı birinci əməliyyat hardasa uğurlu olmadı. Ondan sonra daha iki əməliyyata ehtiyac duydum. Ümumiyyətlə bu cür zədələrdə bərpa prosesi də çətin keçir, sümüklərin bərkiməsi və s. Zaman alır hamısı. Amma Şafranko haqda hansısa mənfi fikrim yoxdur, bu, sadəcə futboldur, oyun epizodunda baş vermişdi.

- “Neftçi” ilə son görüşdə 1:1-lik heç-heçəyə imza atdınız. Həmin matçda “Turan Tovuz” iki xal itirdi, yoxsa bir xal qazandı?

- Mənə görə, biz həmin oyunda qələbəyə layiq idik. “Neftçi” bu il çox güclüdür, yaxşı oynayır. Amma meydanda 11 nəfərlə olanda da biz rəqibdən yaxşı oynayırdıq, qol epizodlarımız var idi. Sadəcə şansların yalnız birindən faydalandıq. Biz “Neftçi” ilə görüşdə qalib gəlməliydik, buna yaxın idik.

- Sanki “Neftçi” azlıqda qaldıqdan sonra daha yaxşı oynadı...

- Bəli, “Neftçi” güclü komandadır. Amma meydanda neçə nəfər olmağından asılı olmayaraq, biz buna adaptasiya olmalı və qələbə qazanmalıyıq. Qırmızı vərəqəyə qədər haradasa bərabər səviyyədə oyun gedirdi. Amma ən təhlükəli epizdlar bizdə idi. Şanslarımızı dəyərləndirsəydik, rahat qələbə qazanardıq.

- Bu oyunda diqqətəkən məqamlardan biri də İqor Ribeyronun İbrahima Vadjiyə qarşı kobud oyunu idi...

- Bəli, mən Vadjiyə görə narahat idim. Düzü, öncə epizodu görmədim. Çünki ehtiyat skamyadan çox da yaxşı görünmürdü. Yaxşı ki, o epizodda ciddi nəsə olmadı Vadjiyə.

- “Turan Tovuz” sanki güclü rəqiblərə qarşı daha yaxşı oynayır. Bu, nədən irəli gəlir?

- Bu, güclü və ya zəif rəqiblərlə oyundan asılı deyil. Stadion yaxşı olanda, atmosfer yüksək olanda, o zaman bütün komandalarda motivasiya yüksək olur. Amma bu cür oyunlar da olur. Elə matçlar olub ki, yaxşı oynasaq da, heç-heçə etmişik. Güclü rəqiblərə qarşı pis də oynadığımız da olub. Təəssüf ki, öncəki tur “İmişli”yə qarşı yaxşı oynamadıq. Amma yenə də qol epizodlarımız var idi. Yevlaxdakı stadionun ot örtüyü yaxşı deyil.

- Qarşıda “Sabah” və “Qarabağ”la oyunlar var. Bu matçlardan gözləntiləriniz nədir?

- Xoşbəxtlikdən bizim elə kollektivimiz var ki, hər oyunda qələbə üçün mübarizə aparırıq. Azarkeşlər də əmin olsunlar ki, qarşıdakı matçlarda da 3 xal üçün mübarizə aparacağıq. Turnir cədvəlinin yuxarılarında, avrokuboklarda olmaq istəyirik.

İdman.Biz