Yunanıstanın “Olimpiakos” futbol komandası “Sabah” klubunun müdafiəçisi Stiv Solveti transfer etməkdə maraqlıdır.
İdman.Biz xəbər verir ki, Pirey təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq üçün hərəkətə keçməyə hazırlaşır.
“Olimpiakos” və Səudiyyə Ərəbistanının “Əl-Xəlic” komandası yanvar ayından etibarən futbolçu ilə maraqlanır. Yunanıstan klubu rəqiblərini qabaqlayaraq transferi reallaşdırmaq niyyətindədir.
Solvetin “Sabah”la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Bu səbəbdən futbolçu yanvar ayından etibarən digər komandalarla ilkin müqavilə imzalamaq hüququ qazanacaq. Bakı təmsilçisi isə müdafiəçi ilə müqavilənin müddətini uzatmağa çalışır.
Boyu 191 sm olan qvadelupalı futbolçu 2025-ci ilin yayında Fransanın “Martiq” komandasından azad agent kimi “Sabah”a keçib. O, karyerası ərzində “Strasburq” və “Dijon” komandalarının sistemində də çıxış edib.
Solvet cari mövsümdə “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi hər iki oyunda iştirak edib. Müdafiəçi turnirdə 163 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Sabah” oktyabrın 13-də Çempionlar Liqasında Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib, oktyabrın 20-də isə Almaniyanın “Borussiya” (Dortmund) kollektivinə 1:2 hesabı ilə uduzub.
