Azərbaycan Kubokunun 2026/2027 mövsümü ilklə əlamətdar olub.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
“Marafon” komandası ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksəlib. Sabirabad klubu buna nail olan ilk ikinci liqa təmsilçisi olub. Turnirin debütantı öncə “Dinamo”nu 3:0, ardınca birinci Liqa klubu “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib.
2023/2024 mövsümündən indiki formatda keçirilən turnirdə ikinci Liqa komandalarının iştirak etdiyi birinci təsnifat mərhələsini adlayanların hamısı növbəti raundda mübarizəni dayandırıb. Bu müddətdə ikinci təsnifat mərhələsində ikinci Liqa klublarının iştirakı ilə baş tutan digər 25 dueldə 1/8 finala vəsiqəni daha yüksək dəstə təmsilçiləri adlayıb.
Qeyd edək ki, “Marafon” dekabrın 1-2-də keçiriləcək 1/8 finalda “Araz-Naxçıvan”ın qonağı olacaq.
