Bu gün Bakıda FIFA U-15 dünya çempionatına yekun vurulacaq

30 Oktyabr 2026 11:13
85
Bu gün Bakıda FIFA U-15 dünya çempionatına yekun vurulacaq

Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün məlum olacaq.

İdman.Biz xəbər verir ki, A Divizionunun final qarşılaşmasında Çexiya və İspaniya yığmaları üz-üzə gələcəklər.

Bakı Kristal Zalında təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.

Bundan əlavə, turnirin B, C, D, E və F divizionlarında da qaliblər müəyyənləşəcək. Bütün final oyunları Bakı Kristal Zalında keçiriləcək.

Günün oyun cədvəlini təqdim edirik:

A Divizionu

Final

18:00. Çexiya - İspaniya

B Divizionu

Final

15:00. Portuqaliya - Zambiya (33-cü yer uğrunda)

C Divizionu

Final

13:30. Tunis - Belarus (65-ci yer uğrunda)

D Divizionu

Final

12:00. Kanada - Tacikistan (97-ci yer uğrunda)

E Divizionu

Final

10:30. Mərkəzi Afrika Respublikası - Banqladeş (129-cu yer uğrunda)

F Divizionu

Final

09:00. Yeni Zelandiya - Efiopiya (161-ci yer uğrunda)

Qeyd edək ki, A Divizionunun final oyunundan sonra mükafatlandırma mərasimi və turnirin bağlanış mərasimi keçiriləcək.

İdman.Biz