“Sabah”la oyundan əvvəl “Old Trafford”un damında problem yaranıb - VİDEO

31 Avqust 2026 10:44
131
“Sabah”la oyundan əvvəl “Old Trafford”un damında problem yaranıb - VİDEO

“Mançester Yunayted”in “Old Trafford” stadionunda yaşanan görüntülər azarkeşləri təəccübləndirib.

İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqasında “İpsviç Taun”u 5:2 hesabı ilə məğlub edən “qırmızı şeytanlar”ın matçı güclü yağış fonunda keçirilib. Qarşılaşma zamanı stadionun damından suyun şəlalə kimi axdığı görüntülər yayılıb.

Maraqlıdır ki, “Mançester Yunayted” bu yay transferlərə 150 milyon funt-sterlinqdən çox vəsait xərcləyib. Klub Karlos Balebanın transferinə 70 milyon, Andre Santos üçün 50 milyon, Yuri Tilemansın keçidinə isə 35 milyon funt ödəyib.

Lakin yeni futbolçulara böyük məbləğdə vəsait yatıran klubun 116 illik “Old Trafford” stadionunun damındakı problemin həlli üçün hələ ciddi addım atmadığı görünür.

Məlumat üçün əlavə edək ki, “Mançester Yunayted” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqibidir. Klublar arasında oyun məhz bu stadionda 10 sentyabrda baş tutacaq.

İdman.Biz