“Möhtəşəm atmosfer var idi. Azarkeşlər derbi üçün çox yaxşı mühit yaratmışdılar”.
Bunu Azərbaycan Premyer Liqasının üçüncü turunda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edən “Kəpəz”in futbolçusu Kennet Kalunqa sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Misli Premyer Liqasının üçüncü turunda 1:0 hesabı ilə qalib gəldiniz. Qələbə haqqında nə düşünürsünüz?
– Özümü yaxşı hiss edirəm. Qələbə qazanmaq üçün çox çalışmalı olduq. Sonda əldə etdiyimiz nəticə bütün komandanın göstərdiyi səyin mükafatıdır.
– Doğma meydanınızda qalib gəldiniz. Yeni stadionunuzda atmosfer necə idi?
– Möhtəşəm atmosfer var idi. Azarkeşlər derbi üçün çox yaxşı mühit yaratmışdılar. Onların dəstəyi bizi də ruhlandırdı və komanda olaraq bundan zövq aldıq.
– Belə azarkeşlər qarşısında çıxış etmək sizə əlavə motivasiya verir?
– Əlbəttə. Onlar təkcə mənə deyil, meydanda olan hər kəsə əlavə motivasiya və dəstək verirlər. Belə azarkeşlərin qarşısında oynamaq futbolçu üçün xüsusi hissdir.
– Növbəti oyun Gəncə “Şamaxı”ya qarşı olacaq. Bu görüşdə də qalib gələ bilərsiniz?
– Biz hər oyuna qazanmaq niyyəti ilə çıxırıq. Növbəti oyun da fərqli olmayacaq. Xüsusilə də doğma meydanda oynayacağımız üçün qələbə qazanmağa çalışacağıq. Əlimizdən gələnin ən yaxşısını etməli və azarkeşlərimizi yenidən sevindirməliyik.
