“Sabah” futbol klubunun yetirməsi Səbuhi Qurbanov karyerasını “Xankəndi”də davam etdirəcək.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Müdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, Səbuhi Qurbanov “Sabah”ın aşağı yaş üzrə və əvəzedicilərdən ibarər komandalarında oynayıb.
