“Kəpəz” Kosovo millisinin sabiq üzvünü transfer etdi

1 Sentyabr 2026 15:43
100
“Kəpəz” Kosovo millisinin sabiq üzvünü transfer etdi

“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi David Domgjoni ilə razılığa gəlib.

29 yaşlı mərkəz müdafiəçisi bundan sonra “Kəpəz”in formasını geyinəcək.

Peşəkar karyerasına “Tirana”da başlayan Domgjoni müxtəlif illərdə “Kastrioti”, “Liria Prizren”, “Laçi”, “Menemenspor”, “Lütsern”, “Termalitsa Neçetşa”, “Manisa”, “Tobol” və “Partizani Tirana” kimi klublarda çıxış edib.

Qeyd edək ki, Kosovo millisinin sabiq üzvünün son klubu İsrailin “Hapoel” (Yerusəlim) komandası olub. Domgjoni karyerası ərzində Kosovo millisinin formasını 3 dəfə geyinib.

İdman.Biz