“Vest Hem” Premyer Liqanın 32-ci turunda evdə “Vulverhempton”u 4:0 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, londonluların heyətində Konstantinos Mavropanos (42-ci və 83-cü dəqiqələr) və Valentin Kastelyanos (66-cı və 68-ci dəqiqələr) hərəyə iki qol vurub.
“Vest Hem” (32 xal) Premyer Liqada “Tottenhem”i (30) geridə qoyaraq 17-ci yerə yüksəlib.
“Vulverhempton” 17 xalla turnir cədvəlində sonuncu yerdədir.
