“Roma” A Seriyasının 32-ci turunda “Piza”nı darmadağın edib

11 Aprel 2026 00:48
154
“Roma” A Seriyasının 32-ci turunda “Piza”nı darmadağın edib

İtaliya A Seriyası mövsümünün 32-ci turunun “Roma” və “Piza” komandaları arasında oyunu başa çatıb. Komandalar Romadakı “Stadio Olimpiko” stadionunda qarşılaşıblar.

İdman.Biz xəb\r verir ki, ev sahibi komanda 3:0 hesabı ilə qalib gəlib.

Hücumçu Donyell Malen matçın ilk qolunu ikinci dəqiqədə vurub. O, daha sonra birinci hissənin 43-cü dəqiqəsində ikinci qolunu vurub. 52-ci dəqiqədə isə het-trik edib.

“Piza” hazırda İtaliya liqasının turnir cədvəlində 20-ci, sonuncu yerdədir. Klub 32 oyundan 18 xal toplayıb. “Roma” isə 57 xalla altıncı yerdədir.

İdman.Biz
Məqalədə: