Bradli Barkola: “Fransa Dünya Çempionatını qazanmaq üçün gəlir”

8 İyun 2026 10:13
99
Bradli Barkola: “Fransa Dünya Çempionatını qazanmaq üçün gəlir”

PSJ futbol komandasının hücumçusu Bradli Barkola 2026-cı il Dünya Çempionatı öncəsi Fransa millisinin əsas hədəfini açıqlayıb.

İdman.Biz “Telefoot”a istinadən xəbər verir ki, fransalı futbolçu açıqlamasında yığmanın turnirə qalib gəlmək üçün hazırlaşdığını bildirib.

“Qarşıdakı yeni çağırış belədir: Dünya Çempionatını qazanmaq”, - deyə Barkola söyləyib.

O, turnirin çətin keçəcəyini gizlətməyib. Futbolçunun sözlərinə görə, həm əvvəl bu yarışda iştirak edən sabiq oyunçular, həm də məşqçilər Dünya Çempionatının nə qədər ağır sınaq olduğunu yaxşı bilirlər.

Barkola buna baxmayaraq, Fransa millisinin gücünə inandığını deyib:

“Bütün oyunlar çətin olacaq. Amma həqiqətən komanda ola bilsək, bunu bacara bilərik”.

PSJ-nin hücumçusu böyük turnirlərə yalnız qələbə düşüncəsi ilə başladığını da vurğulayıb. O, komandanın uğuru üçün özünü tam şəkildə kollektivin xidmətinə verməyə hazır olduğunu bildirib.

“Biz öz aramızda da bu barədə danışırıq. Deyirik ki, buraya qalib gəlmək üçün gəlmişik. Ona görə də bunun üçün hər şeyi edəcəyik”, - deyə Barkola əlavə edib.
Qeyd edək ki, PSJ bu mövsüm Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında məğlub edərək ardıcıl ikinci dəfə turnirin qalibi olub.

İdman.Biz