İspaniyanın “Barselona” futbol komandasının müdafiəçisi Ronald Arauxonun yayda komandadan ayrılmaq ehtimalı artıb.
İdman.Biz “Fichajes”ə istinadən xəbər verir ki, İngiltərənin “Tottenhem” futbol klubu uruqvaylı mərkəz müdafiəçisi üçün 30 milyon avro (60 milyon AZN) məbləğində təklif göndərib.
Kataloniya təmsilçisi maliyyə balansını qorumaq, maaş yükünü azaltmaq və yeni transferlər üçün yer açmaq məqsədilə Arauxonun satışını nəzərdən keçirir. “Barselona”da artıq futbolçunun toxunulmaz olmadığı və təklifin yaxşılaşdırılacağı halda danışıqların sürətlənə biləcəyi bildirilir.
“Tottenhem” müdafiə xəttini gücləndirmək üçün Avropa təcrübəsi olan, fiziki mübarizələrdə üstünlük qazanan və müdafiədə sürətli qərar verə bilən futbolçu axtarır. Ronald Arauxo bu baxımdan London klubunun tələblərinə uyğun variant hesab olunur.
Qeyd edək ki, Ronald Arauxonun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Buna görə Kataloniya klubu danışıqlarda daha güclü mövqeyə malikdir.
