“Arsenal”ın oyunçusunu “Mançester Yunayted” və “Çelsi”yə təklif ediblər

12 Avqust 2026 03:19
318
“Arsenal”ın oyunçusunu “Mançester Yunayted” və “Çelsi”yə təklif ediblər

"Mançester Yunayted" və "Çelsi"yə "Arsenal"ın müdafiəçisi Maylz Lyuis-Skellini təklif ediblər.

İdman.Biz bu barədə Football.London saytına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 19 yaşlı futbolçu bir müddətdir ki, "göylər"in radarındadır. Vurğulanır ki, "Çelsi" sərfəli təklif verərsə, "Arsenal" Lyuis-Skellidən imtina etməkdə çətinlik çəkəcək.

Ötən mövsüm Luis-Skelli bütün yarışlarda 36 oyunda meydana çıxıb və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.

İdman.Biz