PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 11-ci turunda “Nitsa” üzərində 3:2 hesablı qələbədən sonra komandasının hücumçusu Dəzirə Duenin zədələndiyini təsdiqləyib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis 32-ci dəqiqədə qol vuran, daha sonra isə xərəkdə meydandan çıxarılan futbolçunun vəziyyətinin hələ dəqiq məlum olmadığını bildirib.
“Beynəlxalq fasilədən sonra, Çempionlar Liqası oyunundan əvvəl və “Nitsa” kimi güclü rəqibə qarşı bizi çətin matçın gözlədiyini bilirdik. Problemlərlə üzləşəcəyimizi gözləyirdik və buna hazırlaşmışdıq. Düşünürəm ki, işimizin öhdəsindən yaxşı gəldik. Qazandığımız üç xaldan razıyıq.
Pis xəbər Dezire Duenin zədələnməsidir. Zədənin dəqiq xarakterini öyrənmək üçün sabahı gözləyəcəyik”, - deyə Enrike vurğulayıb.
Baş məşqçi hücumçularının məhsuldarlığına da münasibət bildirib. Onun sözlərinə görə, futbolçular qol vurmağa və məhsuldar ötürmə verməyə çalışsalar da, komandanın ümumi nəticəsi fərdi göstəricilərdən daha vacibdir.
Qeyd edək ki, “Nitsa” ilə görüşün 32-ci dəqiqəsində PSJ-ni hesabda önə keçirən Due zədələndikdən sonra 44-cü dəqiqədə Ferran Torreslə əvəzlənib.
Paris təmsilçisi səfərdə 3:2 hesablı qələbə qazanaraq Fransa çempionatında liderliyini möhkəmləndirib.
