"Liverpul"un yeni mərkəz müdafiəçisi Ronald Arauxo İngiltərə Premyer Liqasına nə dərəcədə uyğun olduğundan danışıb.
İdman.Biz bildirir ki, transfer İngiltərə klubunun mətbuat xidməti tərəfindən 10 avqustda rəsmi olaraq açıqlanıb.
"Buna şübhə yoxdur. Düşünürəm ki, keyfiyyətlərim bu liqa üçün mükəmməl olacaq. Düşünürəm ki, İngiltərə Premyer Liqasındakı oyun tərzi keyfiyyətlərimə mükəmməl uyğun gəlir. Bu, uzun müddətdir oynamaq istədiyim bir liqadır. Çox, çox rəqabətlidir və bəziləri bunun dünyanın ən yaxşı liqası olduğunu deyir. Buna görə də həvəs və ümidlə doluyam və həqiqətən də burada oynamağa başlamaq istəyirəm, bu, şübhəsizdir", - Arauxo "Qırmızılar"ın rəsmi saytında bildirib.
