“Monako” Pol Poqba ilə müqaviləyə xitam verir

12 Avqust 2026 01:37
143
“Monako” Pol Poqba ilə müqaviləyə xitam verir

“Monako” rəhbərliyi 33 yaşlı yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni ləğv etmək niyyətində olduqları barədə məlumat verib.

İdman.Biz-in Nice-Matin-ə istinadən məlumatına görə, moneqasklılar oyunçu ilə maliyyə razılığına gəlməyə çalışırlar və çox güman ki, 2027-ci ilin yayına qədər olan müqaviləsinə əsasən ona tam maaşını ödəyəcəklər.

Mənbənin məlumatına əsasən, “Monako” fransız futbolçunun müqaviləsini 2025-ci ilin sonunda ləğv etmək istəyib, lakin o, klub rəhbərliyini səbirli olmağa inandırıb.

Poqba 2025-ci ilin yayından bəri moneqasklıların oyunçusudur. Bu müddət ərzində yarımmüdafiəçi altı oyun keçirib və bəzilərini zədə səbəbindən buraxıb. Nice-Matin əvvəllər Poqbanın komandanın İngiltərədəki təlim-məşq toplanışı zamanı yeni zədə aldığını bildirmişdi.

İdman.Biz