Karvaxal karyerasını İtaliyada davam etdirə bilər

8 İyun 2026 09:30
89
Karvaxal karyerasını İtaliyada davam etdirə bilər

İspaniyalı müdafiəçi Dani Karvaxal “Real Madrid” ayrılmağa hazırlaşır və karyerasını İtaliyada davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas təcrübəli müdafiəçinin transferi üçün danışıqları şəxsən aparır.

Karvaxalın Madrid təmsilçisi ilə müqaviləsi bu yay başa çatır. Buna görə də o, “Komo”ya azad agent statusunda və transfer haqqı ödənilmədən qoşula bilər. “Real Madrid” artıq kapitanı ilə yollarını ayıracağını rəsmən açıqlayıb.

13 mövsüm "Real Madrid”in əsas komandasında çıxış edən Karvaxal klubun ən titullu futbolçularından biri hesab olunur.

İdman.Biz