“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Şəfa” Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən R.Hüseynli son olaraq “Kəpəz”in formasını geyinib.
O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Qarabağ”ın yetirməsi olan oyunçu karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib.
10:29
Azərbaycan Premyer Liqasının yeni iştirakçısı “Şəfa”nın heyətini gücləndirmək istiqamətində növbəti addımları müəyyənləşib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi iki yerli futbolçu ilə razılıq əldə edib.
Söhbət “Araz-Naxçıvan”dan ayrılan Coşqun Diniyev və “Şamaxı” ilə vidalaşan Arsen Ağcəbəyovdan gedir.
Bildirilir ki, hər iki futbolçunun transferi ilə bağlı bütün məsələlər həll olunub və keçidlərin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.
Beləliklə, Premyer Liqaya vəsiqə qazanan “Şəfa” yeni mövsüm öncəsi heyətini təcrübəli yerli oyunçularla gücləndirməyə başlayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə avqust ayında start veriləcək.
