Füzuli Məmmədov “Şahdağ Qusar”a keçir

8 İyun 2026 02:47
104
Füzuli Məmmədov “Şahdağ Qusar”a keçir

Başa çatan mövsümü Azərbaycanın “Karvan-Yevlax” futbol klubunda keçirən Füzuli Məmmədovun yeni iş yeri müəyyənləşib.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis “Şahdağ Qusar” futbol klubunu çalışdıracaq.

Məmmədov bölgə təmsilçisi ilə müqavilə şərtlərini razılaşdırıb. Onun karyerasını Birinci Liqada davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, Füzuli Məmmədov daha əvvəl “Neftçi” və “Mingəçevir” futbol klublarında da baş məşqçi kimi işləyib. O, 2025-ci ilin noyabrında “Karvan-Yevlax”ın baş məşqçisi təyin olunub və mövsümün sonunda klubla yollarını ayırıb.

İdman.Biz