Yeni mövsümə hazırlığını davam etdirən “İmişli” növbəti yoxlama oyununu keçirib.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi təlim-məşq toplanışı çərçivəsində Qəbələdə eyniadlı komanda ilə üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
İlk hissədən sonra “Qəbələ” 2:0 hesabı ilə irəlidə olsa da, ikinci hissədə “İmişli” hesabı bərabərləşdirib.
“İmişli”nin heyətində Juninio və Dioqo Kardozu fərqləniblər. “Qəbələ”də isə ilk qolu Kərim Rossi vurub. İkinci qol isə “İmişli” fubtolçusunun avtoqoludur.
