“Turan Tovuz” yoxlama oyununda Türkiyə klubunu məğlub etdi

31 İyul 2026 19:53
97
“Turan Tovuz” yoxlama oyununda Türkiyə klubunu məğlub etdi

“Turan Tovuz” klubu Türkiyə toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

İdman.Biz bu barədə kluba istinadən bildirir.

“Iğdır” FK ilə qarşılaşan komanda Jo Batistanın yeganə qolu ilə oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Tovuz komandası hazırlıq çərçivəsində daha əvvəl “Fatih Karagümrük” klubu və İranın 21 yaşlılardan ibarət yığması ilə üz-üzə gəlib.

“Fatih Karagümrük”lə matç 2:2, İranın U21 millisi ilə oyun isə 1:1 hesabı ilə başa çatıb.

İdman.Biz