“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində növbəti matçını keçirib.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Görüş Zaur Həşimovun rəhbərlik etdiyi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Şəfa”nın qollarını Musa Quel və İsmayıl Zülfüqarlı vurublar.
"Şəfa" daha əvvəl “İmişli” (2:2) və “Qəbələ” ilə (1:1) heç-heçə edib.
