Azərbaycanın “Karvan-Yevlax” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Füzuli Məmmədovla yollarını ayıran Yevlax təmsilçisini Elhad Nəziri çalışdıracaq.
Premyer Liqanı tərk edən bölgə klubu 33 yaşlı mütəxəssislə danışıqları uğurla yekunlaşdırıb. Tərəflər bütün detallarda razılığa gəliblər.
Elhad Nəziri son olaraq “Səbail” futbol klubunda məşqçi kimi fəaliyyət göstərib. O, daha əvvəl “Cəbrayıl” futbol klubunun baş məşqçisi olub.
Gənc mütəxəssis “Cəbrayıl”la AFFA Region Liqasının qalibi adını qazanıb, həmçinin komandanı ikinci Liqanın gümüş medallarına daşıyıb.
Qeyd edək ki, “Karvan-Yevlax” 2025/2026 mövsümünü Premyer Liqada sonuncu pillədə başa vurub və Birinci Liqaya düşüb. Klub mövsümün sonunda Füzuli Məmmədovla başa çatan müqaviləni yeniləməyib.
