“Sonadək döyüşmək lazımdır” – “Payde”nin baş məşqçisinin İDMAN.BİZ-ə cavabı - VİDEO

30 İyul 2026 22:26
124
“Sonadək döyüşmək lazımdır” – “Payde”nin baş məşqçisinin İDMAN.BİZ-ə cavabı

“Bir olaraq qalib gəldik. Çox ağır idi. “Biz döyüşkən ruh göstərdik, döyüşdük, döyüşərək qalib gəldik. Taktikamız bu idi. Döyüşmək, mübarizə aparmaq lazımdır sonadək. Biz də bunu etdik”

Bu sözləri “Payde” klubunun baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Zirə” ilə keçirilən cavab matçının nəticələrini İdman.Biz-ə qiymətləndirərkən deyib.

Matç 1:1 hesabı ilə bitib və “Payde” iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.

“Heç də hər zaman, oyun ərzində, kimin daha çox hücum etməyi o qədər də önəmli olmur,əsas nəticədir və biz onu qazandıq. Hisslərim yenidir, üçüncü mərhələyə çıxmaq bizim klub adına böyük nəticədir”, - o bildirib.

İslam Atakişiyev