Rəşad Sadıqov: “Mərhələni keçməyə daha layiq idik”

30 İyul 2026 22:32
122
Rəşad Sadıqov: “Mərhələni keçməyə daha layiq idik”

“Məyusuq, çoxsaylı qol imkanları oldu, 3-4 oyuna sığacaq qədər qol epizodu yaratdıq, amma alınmadı”.

İdman.Biz bildirir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Payde” (Estoniya) komandası ilə keçirilən cavab matçının nəticəsini qiymətləndirərkən deyib.

Matç 1:1 hesabı ilə bitib və “Zirə” iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb.

“Düşünürəm ki mərhələni keçməyə biz daha layiq idik, istənilən halda sonda həlledici olan nəticədir. Rəqibi təbrik edirəm”, - Sadıqov bildirib.

İslam Atakişiyev

İdman.Biz