“Zirə”nin qapıçısı Aydın Bayramov İDMAN.BİZ-ə: “Hamı məyusdur” - VİDEO

30 İyul 2026 22:43
119
“Zirə”nin qapıçısı Aydın Bayramov İDMAN.BİZ-ə: “Hamı məyusdur”

“Hamı məyus idi. Heç kim danışmırdı”.

Bu sözləri İdman.Biz-ə “Zirə”nin qapıçısı Aydın Bayramov UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Payde” (Estoniya) ilə cavab matçından sonra soyunub-geyinmə otağındakı vəziyyəti dəyərləndirərkən deyib.

Matç 1:1 hesabı ilə bitib və “Zirə” iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb.

Bayramov baş məşqçi Rəşad Sadıqovun oyunçulara təşəkkür etdiyini bildirib: “Əsəbi deyildi. Oyuna, göstərilən mübarizəyə görə oyunçulara təşəkkür etdi”.

İdman.Biz