PSJ və “Monako” yarımmüdafiəçi Maqnes Akliuş üçün 50 milyon avroluq transfer haqqı ilə bağlı razılığa gəliblər.
İdman.Biz-in Saşa Tavolyeriyə istinadən məlumatına görə, bu, “Monako”nun danışıqların əvvəlindən parislilərdən tələb etdiyi məbləğdir.
Akliuşun özü, əvvəllər də bildirildiyi kimi, artıq PSJ ilə şəxsi müqaviləsinin bütün şərtlərini qəbul edib. Transferlə bağlı bütün rəsmiləşdirmələrin tezliklə başa çatacağı gözlənilir.
Akliuş “Monako”nun gənclər sisteminin yetirməsidir. O, 2022-ci ilin yayından bəri böyüklər komandasında oynayır. Ötən mövsüm yarımmüdafiəçi 43 matçda yeddi qol vurub və 11 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir.
