“Kəpəz” Akademiyasında böyük seçim: 250 uşaq sınaqda - FOTO

7 İyun 2026 19:45
89
“Kəpəz” Akademiyasında böyük seçim: 250 uşaq sınaqda - FOTO

Gəncənin “Kəpəz” futbol klubunun akademiyasında yeni mövsüm üçün seçimlər təşkil olunub.

İdman.Biz xəbər verir ki, klubun Məşq Mərkəzində keçirilən seleksiya məşqlərində +-14 yaş arası, 2012-2020-ci il təvəllüdlü uşaqlar iştirak ediblər.

Seçimlərə 250-yə yaxın uşaq qatılıb. Akademiyanın məşqçiləri iki gün ərzində namizədlərin bacarıqlarını qiymətləndiriblər. Onların texniki, taktiki və fiziki göstəriciləri ilə bağlı müvafiq qeydlər aparılıb.

Seleksiya məşqlərində Gəncə ilə yanaşı, Şəmkir, Goranboy, Gədəbəy, Daşkəsən və Bərdə rayonlarından gələn uşaqlar da yer alıblar. Tədbirdə klubun icraçı direktoru Ruslan Məmmədov, akademiyanın koordinatoru Vasif Vəliyev və bütün yaş qrupları üzrə məşqçilər iştirak ediblər.

Seçim mərhələsini uğurla başa vuran futbolçular “Kəpəz” Akademiyasının müvafiq yaş qrupları üzrə komandalarının məşqlərinə cəlb olunacaqlar.

İdman.Biz