“Xankəndi” “Səbail”in sabiq qapıçısını transfer etdi

28 İyul 2026 13:21
83
“Xankəndi” “Səbail”in sabiq qapıçısını transfer etdi

“Xankəndi” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, komanda qapıçı Vüsal Şabanovu heyətinə qatıb.

Son olaraq “Səbail”də çıxış edən futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

İdman.Biz