30 yaşlı futbolçunun çimərlikdə meyiti tapılıb

Xəbərlər
8 Noyabr 2023 14:37
235
30 yaşlı futbolçunun çimərlikdə meyiti tapılıb

Çuvaşiya və Tatarıstan klublarında çıxış edən rusiyalı futbolçu Aleksey Lesin 30 yaşında dünyasını dəyişib.

İdman.biz xəbər verir ki, bu barədə Kazan Mini-futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, komanda yoldaşları ilə Soçiyə səfərə gələn Lesinin meyiti çimərlikdə aşkarlanıb.

Qeyd edək ki, o, “Krılya”, “Çeboksarı”, “Ximik-Avqust”, “Bomik” və LAVA futbol komandalarında çıxış edib.