"Barselona" Qazaxıstanın 14 yaşlı gənclər komandasının oyunçusu Kərim Mendikanovla müqavilə imzalayıb.
İdman.Biz bildirir ki, futbolçu müqavilə imzaladığını açıqlayıb. O, Kataloniya klubunun gənclər komandalarında oynayacaq.
Mendikanov sosial media səhifəsində "Barselona" ofisindən foto əlavə edərək "Həyatımın klubu ilə müqavilə imzaladığım üçün çox qürur duyuram" yazıb.
Mendikanov əvvəllər Kataloniyanın "San Kuqat" gənclər komandasında oynayıb. O, həmçinin Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət milli komandasında da bir oyun keçirib. Mendikanov 10 noyabr 2011-ci ildə Qazaxıstanın Uralsk şəhərində anadan olub.
