Goal 2026-cı il üçün "Qızıl top" mükafatını qazanan favoritlərin reytinqini yeniləyib.
İdman.Biz bildirir ki, "Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn siyahıya başçılıq edir.
"İnter Mayami" və Argentina millisinin hücumçusu Lionel Messi ikinci yerə yüksəlib, "Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal isə ilk üçlüyü tamamlayır.
İlk 20-liyin tam siyahısı aşağıdakı kimidir:
1. Harri Keyn (Bavariya, İngiltərə);
2. Lionel Messi (İnter Mayami, Argentina);
3. Lamin Yamal (Barselona, İspaniya);
4. Maykl Olise (Bavariya, Fransa);
5. Kilian Mbappe (Real Madrid, Fransa);
6. Usman Dembele (PSJ, Fransa);
7. Xviça Kvaratsxelia (PSJ, Gürcüstan);
8. Erlinq Holand (Mançester Siti, Norveç);
9. Luis Dias (Bavariya, Kolumbiya);
10. Vitinya (PSJ, Portuqaliya);
11. Mikel Oyarsabal (Real Sosyedad, İspaniya);
12. Lautaro Martines (İnter, Argentina);
13. Deklan Rays (Arsenal, İngiltərə);
14. Vinisius Junior (Real Madrid, Braziliya);
15. Rodri (Mançester Siti, İspaniya);
16. Əşrəf Hakimi (PSJ, Mərakeş);
17. Qabriel Maqalyaes (Arsenal, Braziliya);
18. Bruno Fernandeş (Mançester Yunayted, Portuqaliya);
19. David Raya (Arsenal, İspaniya);
20. Cud Bellingem (Real Madrid, İngiltərə).
