Türkiyəli futbolçu Arda Gülərin Madrid “Real”ında debüt tarixi dəqiqləşib.
İdman.biz xəbər verir ki, yayda “Fənərbağça”dan transfer olunan oyunçu noyabrın 8-də ilk matçına çıxacaq.
O, Çempionlar Liqasında “Braqa”ya qarşı görüşdə meydanda olacaq.
Qeyd edək ki, ardıcıl 2 dəfə zədələnən Gülər zədəsini sağaltsa da, Karlo Ançelotti onun fiziki hazır olmadığını əsas gətirərək son turlarda oynatmayıb.
İdman.biz