Okan Burukun cəzası bəlli oldu

29 Sentyabr 2026 23:58
85
Okan Burukun cəzası bəlli oldu

Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Şurası (PFDK) “Qalatasaray”ın baş məşqçisi Okan Burukun cəzasını açıqlayıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis “Trabzonspor”la oyunda hakimə qarşı idman prinsiplərinə zidd hərəkətinə görə bir rəsmi matçlıq cəzalandırılıb. O, həmin müddətdə paltardəyişmə otağına və ehtiyat oyunçular skamyasına daxil ola bilməyəcək. Bununla yanaşı, Buruka 100 min Türkiyə lirəsi məbləğində cərimə tətbiq olunub.

Beləliklə, Okan Buruk milli komandaların oyunları ilə bağlı fasilədən sonra keçiriləcək “Kasımpaşa” ilə görüşdə komandasının yanında ola bilməyəcək. Cəzasını bu matçda başa vuracaq baş məşqçi növbəti turda və “Fənərbağça” ilə derbidə iştirak edə biləcək.

“Qalatasaray”ın futbolçusu Lesley Uqoçukvu da “Trabzonspor”la oyunda rəqib futbolçuya qarşı ciddi qayda pozuntusuna görə iki rəsmi matçlıq cəzaya məruz qalıb.

Həmçinin, İstanbul klubunun azarkeşlərinin hərəkətlərinə görə, "Qalatasaray" 350 min lirə cəzəlandırılıb.

İdman.Biz