“Zirə”nin futbolçusu Afrika Millətlər Kubokunun seçmə mərhələsində qol vurdu

29 Sentyabr 2026 23:29
89
“Zirə”nin futbolçusu Afrika Millətlər Kubokunun seçmə mərhələsində qol vurdu

Mozambik millisi 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununu keçirib. Komanda “Zimpeto” Milli Stadionunda Sudana 4:1 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri 24-cü dəqiqədə Vitenis Çimuyo Joao Kimponun qolu ilə hesabı açıblar. Şamito Loborino Alfandeqa 46 və 62-ci dəqiqələrdə fərqlənərək dubl edib. 58-ci dəqiqədə isə “Zirə”nin futbolçusu Rikardo Martins Qimaraeş daha bir qol vurub. Martins oyunda həm də məhsuldar ötürmə ilə yadda qalıb.

Sudanın yeganə qolunu 88-ci dəqiqədə Yassin Hamed penaltidən vurub.

Qeyd edək ki, Mozambik ilk turda Seneqalla 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra komanda dörd xalla J qrupunda liderdir. Sudan isə üç xalla üçüncü pillədə qərarlaşıb.

İdman.Biz