İngiltərə millisinin hücumçusu Harri Keyn UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda Çexiya ilə keçirilən oyunda fərqlənib.
İdman.Biz xəbər verir ki, Keyn 2:0 hesabı ilə başa çatan qarşılaşmanın 69-cu dəqiqəsində komandasının ikinci qolunu vurub. Bu, 123-cü oyununda İngiltərə millisinin heyətində 87-ci qolu olub.
Qeyd edək ki, Harri Keyn İngiltərə millisinin tarixində ən çox qol vuran futbolçudur. Reytinqdə ikinci pillədə Ueyn Runi (53), üçüncü sırada isə Bobbi Çarlton (49) qərarlaşıb.
