Eldar Tağızadənin komandası Sloveniyada son dəqiqə qolu ilə məğlubiyyətdən xilas oldu

15 Noyabr 2026 01:36
35
Eldar Tağızadənin komandası Sloveniyada son dəqiqə qolu ilə məğlubiyyətdən xilas oldu

Azərbaycanlı qapıçı Eldar Tağızadə Sloveniyanın “Bistritsa” klubunun heyətində növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, həmyerlimiz ölkə çempionatının ikinci liqasında 15-ci tur çərçivəsində “Beltinçi”yə qarşı keçirilən ev matçında iştirak edib.

Start heyətində meydana çıxan Tağızadə qarşılaşmanı əvəzolunmadan keçirərək 90 dəqiqə qapını qoruyub.

Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 2:2.

Bu nəticədən sonra “Bistritsa” 24 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

İdman.Biz