Skaloni Messidən sonra Argentina millisinin necə oynayacağını açıqladı

30 Sentyabr 2026 00:57
83
Skaloni Messidən sonra Argentina millisinin necə oynayacağını açıqladı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni kapitan Lionel Messinin komandadan ayrılmasından sonra yığmanın necə oynayacağını açıqlayıb.

İdman.Biz xəbər verir ki, baş məşqçi komandanın oyun üslubunun dəyişməyəcəyini bildirib.

“Leonun futbolçu olmaqla yanaşı, həm meydanda, həm də meydandan kənarda yaratdığı atmosferi nəzərə alsaq, onu əvəz etməyin nə qədər çətin olacağını təsəvvür edin. Lakin liderliyi üzərinə götürə biləcək futbolçularımız var. Ən vacibi isə onların yaxşı insanlar olmasıdır.

Mən komanda yoldaşlarını qorxudacaq pis uşaqlar axtarmıram. Mənə yaxşı, pozitiv uşaqlar lazımdır. Biz birlikdə Leonun verdiklərini kompensasiya etməyə çalışacağıq. Bu çətin olacaq, lakin komandamız həmişə çağırışlara cavab verib.

Aydındır ki, Messi olmadan hər şey fərqli olacaq. Biz bunun yolunu tapacağıq. Özünü göstərə biləcək gənc futbolçularımız var. Biz artıq Leo olmadan da keyfiyyətli oyunlar keçirmişik. Bizim futbolumuz topa sahib olmaq və oyuna nəzarət etməkdən ibarətdir. Oyun üslubumuz dəyişməyəcək, kimliyimiz eyni qalacaq”, – deyə Skaloni vurğulayıb.

39 yaşlı Messi oktyabrın 6-da Beninlə keçiriləcək oyunda Argentina millisinin heyətində vida matçına çıxacaq.

İdman.Biz