Rusiya millisi yoldaşlıq oyununda İran seçməsini 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, Kazanda keçirilən qarşılaşmada Rusiyanın hər iki qolunu Aleksandr Qolovin vurub.
“Monako”nun yarımmüdafiəçisi 21-ci dəqiqədə Aleksey Batrakovun ötürməsindən sonra hesabı açıb. Qolovin 36-cı dəqiqədə isə cərimə zərbəsindən dəqiq zərbə ilə fərqlənərək dublunu rəsmiləşdirib.
Qeyd edək ki, Rusiya yığması Ukraynada davam edən müharibə ilə əlaqədar FIFA və UEFA-nın qərarı əsasında beynəlxalq yarışlardan kənarlaşdırılıb. İran millisi isə bu qurumların analoji sanksiyaları ilə üzləşməyib. Bununla yanaşı, İranın ABŞ və İsraillə münasibətləri son dövrlərdə hərbi-siyasi gərginlik və qarşıdurmalarla xarakterizə olunur.
